Elmar Məmmədyarov Belçikaya səfər edir
04.10.2016 578 0.0 0

Xarici işlər naziri Elmar Məmmədyarov 4-5 oktyabr 2016-cı il tarixində Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikaya işgüzar səfər edəcək.

Bu barədə XİN-dən məlumat verilib.

Azərbaycan Əfqanıstanda həyata keçirilən quruculuq tədbirlərinə ikitərəfli və çoxtərəfli əsasda töhfə verən tərəfdaş dövlətdir. Konfrans əsnasında E.Mammadyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar