Elmar Məmmədyarov ABŞ-ın yeni səfirini qəbul etdi
16.02.2015 808 0.0 0

Xarici İşlər Naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib

Qazeta.info Xarici İşlər Nazirliyinə istinadla bildirir ki, Xarici İşlər Naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Robert Sekutanı qəbul edib. 

Görüşdə səfir Robert Sekuta etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim etdi. 
 
Səfir Robert Sekuta diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi. 
 
Nazir Elmar Məmmədyarov Səfir Robert Sekuta diplomatik fəaliyyətində uğurlar arzu etdi.  
 
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar