Elm dünyasını heyrətləndirən müəmmalı mesajlar
18.07.2017 854 0.0 0

Bütün elm dünyası “Ross 128” adlı kiçik ulduzdan gələn mesajları müzakirə edir.

Məlumata görə, “Arecibo” rəsədxanası tərəfindən verilən açıqlamada bildirilir ki, böyük ölçüdəki teleskoplardan həmin ulduza aid siqnallar qəbul edilib.

Günəşdən 2800 dəfə daha parlaq olan “Ross 128” haqqında açıqlama verən Abel Mendez bu ulduzu 10 dəqiqə müddətində izlədiklərini və bu müddət ərzində periodik siqnallar aldıqlarını deyib.

Bu vaxta qədər heç bir göy cismindən bu tipdə siqnallar alınmadığını açıqlayan A.Mendez siqnalların başqa bir obyektdən gəlmə ehtimalını da istisna etməyib./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar