Elm adamlarının acı qidalar haqda müsbət nəticəsi
06.08.2015 770 0.0 0

Hər gün acı yemək yeyənlər digərlərinə nisbətən daha çox yaşayırlar.

 Türkiyənin DHA agentliyinə istinadən verilən məlumata görə, beynəlxalq elm adamlarından ibarət qrupun Çində təqribən 500 min insan arasında apardığı araşdırmanın nəticələri belə deməyə əsas verir.

Araşdırma nəticəsində məlum olub ki, acı yemək yeyənlərin ürək-damar, xərçəng və tənəffüs yolu xəstələriklərinə tutulma riski digərləri ilə müqayisədə 14 faiz azdır.

Bu mənada elm adamları acı bibərin faydalarının çox olduğunu qeyd edirlər. Belə ki, acı bibər antibakterial xüsusiyyətə malikdir./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar