Elariz həmkarlarını yıxıb-sürüdü: “Bunlar yalandır, gülməlidir” – VİDEO
31.01.2017 1224 0.0 0

“Başqasının maşını, bağını özlərinki kimi göstərirlər”

“Ailəmi dağıtdım, şəxsi həyatımı sənətimə qurban verdim...”

“Pul mənə ləzzət edir”

“Müğənniliklə uzağı ev, maşın ala bilərsən”


“ARB Ulduz”un “Şou-məkan” proqramının növbəti qonağı müğənni Elariz Məmmədoğlu olub.

Olduqca maraqlı və qalmaqallı açıqlamaları ilə diqqət çəkən müğənni, ünvanladığımız suallara səmimi olaraq cavablar verdi.

Depressiyada olduğu şaiyələri ayaq tutan Elariz, bu məsələyə aydınlıq gətirdi:

“Yox, Allaha şükür. Heç bir depressiya yoxdur. Əgər olarsa, ailə, ev şəraitində özümü depressiyadan çıxararam. Ümumiyyətlə, olsa da, çalışaram ki, onu efirdə göstərməyim. Çünki tamaşaçılara həmişə mənim pozitiv anlarım lazımdır”.

Müğənni, boşanaraq sənəti özünə başlanğıc seçənləri də qınayıb:

“O fikirlə mən heç vaxt razı olmamışam ki, mən ailəmi dağıtdım, şəxsi həyatımı sənətimə qurban verdim. Məncə elə olmalı deyil. İnsanın sənəti də, yaşam tərzi, avtomobili, evi də, hamısı ailəyə xidmət etməlidir”.

Elariz Məmmədoğlu, özgəsinin atına minib “alçaq dağları mən yaratmışam” söyləyən bəzi müğənniləri də qınaq atəşinə tutdu:

“Başqasının maşınında çəkilib deyim ki, bu, mənim maşınımdır. Başqasının evində çəkiliş aparım, deyim ki, bu, mənim evimdir. Başqasının villasını, bağını deyim ki, bu, mənimdir. Əslində belə şeylər məndə yoxdur. Çünki sevmirəm. Bu, qıraqdan da çox pis görünür.

Maşın kolleksiyası olan varlı bir adamın kolleksiyasını göstərib deyib ki, bu, mənimdir. Gülməli görünür. Bir müddət sonra özü də etiraf edir ki, onlar mənim deyil.

Sual doğur ki, bu, necə qazandı? Musiqi ilə bu, mümkün deyil. Biz mahnı oxumaqla, toylara getməklə maksimal şəkildə ev, maşın və bağ ala bilərik”.

Elariz, şou-biznes nümayəndələri özlərinə hər ehtimala qarşı biznes qururlar. Belə deyək də, sabahları üçün özlərinə gün ağlıyırlar. Bəs, sizdə vəziyyət necədir?

“Bir ara mən biznes qurdum. İki dükanım var idi. İşlədirdim, xeyirini də görürdüm. Amma həvəsim yox idi. Toyun sonunda mənə pul verirlər. Mən o pula baxanda ləzzət alıram. Pulu verəndə deyirlər ki, sən bu məclisi çox gözəl idarə etdin. Sənətimdən qazandığım pul mənə ləzzət edir”.

Sənətçi bu qədər müddətdir sevənlərindən uzaq düşsə də, yaradıcılığına fasilə verməyib, işlər yenə də davam eliyir:

“Faiq Sücəddinov telekanalların birində mən çıxış edərkən baxıb, verilişdən sonra mənə zəng etdi, dedi ki, “gəl sənə bir mahnı verim”. Yaşıl Teatra, onun kabinetinə getdim. Gözəl bir mahnı hədiyyə etdi. Pianist Əvəz Muradovla o mahnı üzərində çalışırıq”.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar