Ekspert: Neft qiymətləri OPEC-in qərarı olmadan da artacaq
08.11.2016 594 0.0 0

Qlobal neft təklifi problemi demək olar ki, həll olunub. "İnvesting.com" saytına istinadən verilən xəbərə görə, BƏƏ-nin energetika naziri Süheyl əl-Mazruinin Əbu-Dabidə keçirilən beynəlxalq neft sənayesi sərgi-konfransında bildirib ki, neft bazarındakı vəziyyət ötən illə müqayisədə xeyli yaxşılaşıb və hazırda "enmə mərhələsinin aşağı nöqtəsi"nə yaxınlaşıb. 

Konfransda iştirak edən OPEC-in baş katibi Məhəmməd Barkindo isə qeyd edib ki, təşkilatın bütün üzvləri, o cümlədən Rusiya kimi böyük və müstəqil neft ölkələri hasilatın məhdudlaşdırılmasına razılıq verib. Bununla yanaşı, bütün dünya üzrə neft hasilatı artmağa davam edir. Oktyabrda OPEC-in neft hasilatı sentyabr ayı ilə müqayisədə 0,5% artaraq 34,02 mln. barel/günə, Rusiyanın neft hasilatı isə ilin əvvəlindən 2,2% artaraq 11,22 mln. barel/günə çatıb.

"Promsvyazbank"ın baş analitiki Yekaterina Krılovaya görə, bu ilin ilk 9 ayında tələb təklifi üstələməyə davam etsə də, bu, yalnız 0,4 mln. barel/gün təşkil edib. Yalnız III rübdə neftə tələb illik müqayisədə 1,3% artım göstərib. Analitikin fikrincə, ABŞ şist neft istehsalına investisiyaların həcmi azaltmağa başlayıb, qlobal neft tələbi isə yumşaq templə də olsa davam edir: "İlin sonuna qədər neft bazarının tamamilə tarazlanacağı, 2017-ci ildən etibarən isə kəsirin yaranacağı ehtimal edilir".

Y.Krılova hesab edir ki, noyabrın 30-da OPEC-in Vyanada keçiriləcək sammitindən müsbət cavab alınmasa belə, neft bazarına fundamental təsir olmayacaq: "Neft bazarı hasilat məhdudlaşdırılmasa da balanslaşmağa doğru irəliləyir"./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar