DYP maşını `Mercedes`lə toqquşub, xəsarət alanlar var
27.04.2017 841 0.0 0

Ələt-Astara yolunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Məlumata görə, hadisə yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində dörd nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, avtomobillərdən biri DYP maşınıdır. Polis maşını ötmə əməliyyatı zamanı qarşıdan gələn "Mercedes" markalı avtomobillə toqquşub. 

 

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar