Düşmən ordunun böyük itkisi - ŞOK
05.05.2015 1034 0.0 0

Ermənistan mətbuatı hərbi xidmətdən yayınaraq ölkədən qaçan gənclərlə bağlı şokedici rəqəmləri açıqlayıb.

Qazeta.info AnsPress-ə istinadla bildirir ki, erməni mətbuatı 2003-cü ildən bu yana hərbi xidmətdən yayınmaq üçün 10 mindən çox vətəndaş ölkədən qaçdığını yazır.

Bildirilir ki, hərbi xidmətə yararlı 10 mindən çox gənc (27 yaşa qədər) ölkədən qaçıb, 10 ildən çoxdur ki, müxtəlif ölkələrdə yaşayırlar.

Ermənistan diaspora naziri Qranuş Akobyan təklif edib ki, ölkədə onlar barəsində açılan cinayət işi ləğv edilsin. Onun sözlərinə görə, yalnız bundan sonra hərbi xidmətə yararlı gənclər Ermənistana qayıda bilər.

Rəsmi statistikaya görə, 2003-cü ildən orduda xidmət etməmək üçün ölkədən qaçan gənclərdən 2013-cü ildə cəmi 950 nəfəri geri qayıdıb.


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar