Dünyanın ən yaşlı futbolçusu yeni komandasında debüt edib
16.03.2022 528 0.0 0

Dünyanın ən yaşlı futbolçusu olan Kadzuesi Miura yenicə transfer olduğu Yaponiyanın "Suzuka Point Getters" klubunda ilk oyununu keçirib.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, 55 yaşlı hücumçunun debütü IV divizionun ilk turunun "Reynmir Aomori" ilə matçına təsadüf edib.

Meydana start heyətində çıxan yaponiyalı forvard 65-ci dəqiqədə əvəzlənib. Görüş onun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Kadzuesi Miura daha əvvəl ölkəsinin "Yokohama", "Vissel Kobe", Avstraliyanın "Sidney", İtaliyanın "Cenoa" klublarında da çıxış edib. Yaponiya millisində 89 oyun keçirmiş hücumçu 55 qol vurub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar