Dünyanın ən yaşlı aktyorlarından biri vəfat edib
04.05.2017 738 0.0 0

Dünyanın ən yaşlı aktyorlarından biri Lukas Amman 104 yaşında vəfat edib.

 

APA-nın məlumatına görə, bu barədə “Bild” xəbər verib.

 

İsveçrəli aktyor ötən gün Almaniyada, Münhendəki evində dünyasını dəyişib. Bildirilir ki, bir müddət əvvəl L.Amman öd kisəsindən əməliyyat olunub.

 

Bir çox kinofilmlərdə çəkilən Lukas Amman, xüsusilə, detektiv rolları ilə tanınır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar