Dünyanın ən qoca cütlüyü toylarının 80 illiyini qeyd edib - VİDEO
17.12.2019 585 0.0 0

Dünyanın ən qoca cütlüyü - 106 yaşlı Con Henderson və 105 yaşlı Şarlotta toy mərasimlərinin 80-ci ildönümünü qeyd edib.

Bu barədə "Report" CNN televiziya şirkətinə istinadən xəbər verir. 

Qeyd edilir ki, Con həyat yoldaşını 1920-ci il istehsallı ikiyerlik avtomobillə Lonqhorndakı (Texas ştatı) təntənəli mərasimə gətirib və ona ilk görüşlərində olduğu kimi gül hədiyyə edib.

Onlar 1934-cü ildə Texasın Universitetində tanış olublar və 1939-cu ildə nikaha daxil olublar.

"Onlar çox gözəl cütlükdür və insanların nikahda xoşbəxt olmalarına nümunədirlər", - deyə cütlüyün qohumu Ceyson Fri televiziya şirkətinə müsahibəsində bildirib. Xeyson Fri ər-arvadın dünyanın ən qoca cütlüyü kimi Ginnessin "Rekordlar" Kitabına düşməsinə kömək edib. 

"Onlar ona görə şaddır ki, daim bir-birlərinə yaxındırlar, birlikdə səyahət edir və dolğun həyat yaşayırlar", - deyə o bildirib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar