Dünyanın ən məşhur snayperləri (FOTO)
02.03.2015 784 0.0 0
Yüzlərlə insan öldürən tarixin ən məşhur snayperlərinin adları açıqlanıb.

Məlumata görə, bu snayperlər arasında Çanaqqalada şəhid olan məşhur türk də yer alıb.

Dünyanın ən məşhur snayperləri bu ad-sanlarını öldürdükləri insanların sayına görə alıblar. Onlardan biri də Josef Allerberqerdir. İkinci Dünya Müharibəsi boyunca 257 düşmən əsgərini öldürmüş avstriyalı Alman qoşununda xidmət edib. Yaralanıb düşmən əlinə keçməsinə baxmayaraq, qaçıb evinə dönməyi bacaran Allerberqer həyatına dülgər olaraq davam edib.

Bir digər ölümcül nişançı Matthaus Hetzenauer olub. Faşist Almaniyasının nişancısı Hetzenauer 345 düşmən əsgəri öldürüb. O, indiyədək təsbit edilən ən uzun məsafəli atışı (1100 metr) edib. Müharibə bitmədən SSRİ-nin əlinə keçən Hetzenauer 1950-ci ildə sərbəst buraxılıb. 
 
Josef Allerberqer
 
Matthaus Hetzenaue
 
 
Lyudmila Pavliçenko
 
Dünyanın ən müvəffəqiyyətli qadın nişancısı olan Pavliçenko universiteti buraxıb Sovet ordusuna qoşulub. Atıcılıqdakı qabiliyyəti fərq edildikdən sonra snayper olaraq vəzifəsinə davam edib. Pavliçenko rəsmi olaraq 309 alman hərbiçi öldürüb.
 
 
Həyatı filmlərə mövzu olan Zaytsev İkinci Dünya Müharibəsinin ən məşhur əsgərlərindəndir. Normal piyada olaraq orduya qoşulan əsgər döyüşlərdə 30 əsgər öldürdükdən sonra snayper seçilib. Zaytsev gözündən yaralanana qədər 11-i snayper olmaqla 2 ayda 225 əsgər öldürüb. Kitabları hərbi məktəblərdə tədris olunan Zaytsev sonrakı həyatında mebel istehsalı ilə məşğul olub. 



Vasili Zaytsev
 
 
 
Kanadalı iti nişançı əslən gürcü olub. Birinci Dünya Müharibəsində Kanada Ordusunun sıralarında qulluq edib. Döyüş əsnasında bir çox dəfə yaralanmasına baxmayaraq 378 əsgər öldürən snayper "ölüm maşını" olaraq tarixə düşüb. 

Karlos Norman Hazkok

 
 
O, Vyetnamda döyüşərkən 93 adam öldürüb. Hazkok 3 gün ərzində 2 km-lik bir məsafəni süründükdən sonra bir generalı vurub sağ-salamat geri qayıdıb. O, bu addımından sonra şöhrət qazanıb. 

Çarls Mavhinney
 
 
 
 
Vyetnamda əfsanə olmuş bir dəniz piyadası olan Mavhinneyin öldürdüyü insan sayı rəsmi qeydlərdə 103-dür. Ancaq qeyri-rəsmi olaraq 300-dən çox əsgər öldürdüyü ehtimal edilir. 

Qorxunc Əbdül
 
 
 
Qorxunc Əbdül Osmanlı Ordusu üçün stimul qaynağı idi. Bütün gün boyunca gizlənir və dəqiq atışlarla düşmən əsgərlərini öldürürdü. Düşmənin məşhur nişançısı Bill Sinqi bir həftə təqib edən Əbdül onu öldürməyə müvəffəq olmayıb. Bu isə sonradan Əbdülün ölümünə səbəb olub. Belə ki, Sinq cəbhədə döyüşlər zamanı Qorxunc Əbdülü öldürüb/anspress/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar