Dünyanın maraqla gözlədiyi qərar açıqlandı
28.01.2016 3751 0.0 0

ABŞ Federal Ehtiyatlar Sistemi (FES) yeni ildə ilk iclasını keçirib. Məlumata görə, iclasda FES uçot dərəcəsini dəyişməyib.

FES-in bundan əvvəlki iclası 2015-ci il dekabr ayının 16-da keçirilmişdi. Həmin gün FES uçot dərəcəsini birdən-birə 0,25% yüksəltmişdi ki, bu da dolların bütün dünyada məzənnəsini qaldırmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FRS) dolların baza faiz dərəcəsini 0,25%-dən 0,5%-ə qədər yüksəltməsi Azərbaycanda da insanlar arasında dolların bahalaşacağı fikrini formalaşdırıb. Bu da öz növbəsində əhalinin dollar alqı-satqısı mərkəzlərinə üz tutmasına səbəb olub. Həmin gün mübadilə ilə məşğul olan şəxslər də səhərdən başlayaraq dollar satışında artım olduğunu etiraf etmişdi. 

 


ABŞ Federal Ehtiyat Sistemi

 

Buna qədər FES-in baza dərəcəsi 0-0,25 faiz arasında dəyişirdi. Bildirilir ki, bu, ABŞ tarixində ən aşağı göstəricidir və 2008-ci ildən bu yana qüvvədə idi. Dərəcə 2007-2008-ci illərdə baş vermiş böhran səbəbindən ABŞ iqtisadiyyatına dəstək məqsədi ilə endirilmişdi.

Avropanın Fond birjaları Amerika və Asiyanın ardınca Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırmasını nikbin şəkildə qarşılayıb. Avropalı iqtisadçılara görə, bu qərarla investorlar üçün qeyri-müəyyənlik faktoru aradan qalxıb və ABŞ-da iqtisadiyyatın güclənməsindən xəbər verir. Avropa Birliyinin əsas fond birjalarında indekslərdə 2 - 2,5 faiz artım müşahidə olunub. Maliyyə şərhçisi Devid Kol, Federal Ehtiyat Sisteminin açıqladığı qərarın gözləntilərə uyğun olduğunu və onun investorlar tərəfindən əla qarşılandığını söyləyib.

 

Federal Ehtiyatlar Sistemi, eyni zamanda, ölkə iqtisadiyyatının gələn il üçün inkişaf göstəricilərini də açıqlayıb. Rəsmilərin proqnozuna görə, iqtisadiyyatın 2.3-2.4 faiz inkişaf edəcəyi gözlənilir. Bankın qərarı Amerikanın səhm bazarına dərhal öz təsirini göstərib. Ekspertlərin sözlərinə görə, faizlərin artması inkişaf etməkdə olan bazarlara mənfi təsir edəcək.Mərkəzi bankın kredit faizlərini artıracağına dair proqnozlar səhm və istiqraz bazarına da təsirsiz ötüşməyib. İnvestorlar faiz yüksəlişinə hazırlaşdığı bir vaxtda səhm bazarında da qiymətlər artıb.

 


Canet Yellen - FES rəhbəri

 

FES-in rəhbəri Canet Yellen bəyan edib ki, Federal Açıq Bazar Komitəsi faizləri 0.25 faiz artırmağa qərar verdi: "Bununla faiz dəhlizi 0.25-0.5 faiz arasında dəyişəcək. Hökumətin bu addımı faizlərin 0-a yaxın olduğu 7 illik fövqəladə rejimin başa çatdığını güstərir. Hökumət iqtisadi böhrandan sonra inkişafı təmin etmək üçün belə bir addım atmışdı. Bu düvrdə çoxlu sayda iş yerləri açıldı, gəlirlər artdı və milyonlarla amerikalının iqtisadi çətinliyi aradan qaldırıldı. Komitə iqtisadiyyatın artan qrafik üzrə inkişaf edəcəyindən arxayındır. Qəbul olunan qərar da bunu əks etdirir".

C.Yellen onu da bildirib ki, neftin qiyməti sabitləşəcək, lakin əvvəlki səviyyəyə çatmayacaq. C.Yellen hesab edir ki, elə bir hədd mövcuddur ki, neft qiymətləri bundan aşağı düşməyəcək.

"Dünya bazarları qiymətlərin sabitləşməsini və tədricən artacağını gözləyir. Neftin qiyməti sabitləşəcək, lakin əvvəlki səviyyəyə çatmayacaq”, deyə C.Yellen bildirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar