Dünyanı qorxudan yeni tank (FOTO)
01.04.2015 802 0.0 0

Almaniyanın "Stern" qəzetində hələlik dünyanın heç bir ölkəsində olmayan Rusiyanın yeni "Armata T-14" tankı haqqında məqalə dərc olunub.

Məlumata görə, yazıda deyilir ki, SSRİ-nin dağılmasından sonra Rusiya silah istehsalında real innovasiyalara üstünlük verməklə sürətlə irəliləyir. Yeni silahlardan biri də "Armata T-14" tankıdır ki, ilk dəfə Moskvada Qələbə paradında nümayiş olunması gözlənilir. Tamamilə yeni əsaslarda yaradılan döyüş tankı dünya ordularının əksəriyyəti üçün nadir hadisədir. Almaniyanın Leopard-2 tankı 35 ildən çoxdur yaradılıb, Amerikanın "M1 Abrams" tankının da təxminən eyni yaşa sahibdir. Qərb hərbi texnikasının mövcud modellərində bir sıra yeniliklər var, ancaq onların baza konstruksiyası köhnə olaraq qalır.

Qəzet yazır ki, "Armata" SSRİ-nin dağılmasından sonra Rusiya hərbi bazasında ilk müasir texniki gücü təcəssüm etdirir. T-14-ün əsas üstünlüyü 120 millimetr yivsiz lüləli topu ilə təchiz edilib və beləliklə, xarakteristikasına görə dünyada ən yaxşı Leopard-2 tankında qurulmuş topu qabaqlayır.

Yeni tankın ən böyük prinsipial fərqi ondadır ki, ekipaj üzvlərindən heç birinin təhlükəyə məruz qalma ehtimalı yoxdur. Ekipajın iki və ya üç üzvü tankın qabaq hissəsində xüsusi qorunmuş kapsulda yerləşəcəklər və bununla da komanda heyəti dünyanın başqa tanklarındakından daha yaxşı qorunacaq. 

"Stern" yazır ki, tankın idarə olunması tamamilə distant rejimdə həyata keçirilir. Bunun üçün onun korpusunda yüksək ayırdetmə dəqiqliyinə malik bir neçə videokamera qurulub. Bir sözlə, "Armata"da Rusiya tankqayırma sənayesinin manevretmə və sürətlə bağlı klassik nailiyyətlərindən istifadə edilib.

Ural vaqon zavodu ildə təqribən 500 belə tank istehsal etmək gücündədir./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar