Dünyada nüvə müharibəsi təhlükəsi
14.12.2015 540 0.0 0

CNN Türkün məlumatına görə, Kubanın keçmiş lideri Fidel Kastro Fidel Kastro dünyada Suriya və İraq münaqişələri ilə bağlı artan gərginliklə əlaqədar nüvə müharibəsi təhlükəsinin ortaya çıxdığını bildirib. 

Kubanın "Qranma qəzetinin yaydığı məlumata görə, Kastro 3-cü dünya müharibəsi baş verəcəyi təqdirdə onu yalnız Çin və Rusiyanın dayandıra biləcəyini vurğulayıb. Sabiq prezidentin dediyinə görə,Rusiya ilə Çin faşizmdən qaynaqlanan dəhşətli müharibələr yaşadığından dünyanın problemlərini ABŞ-dan daha yaxşı anlayır və yeni dünya müharibəsinin baş verməməsi üçün əllərindən gələni edəcək.

 

Fidel Kastro - Kuba inqilabının lideri 

 

"Komandante" adıyla tanınan Fidel Kastro 1959-cu ildən 2008-ci ilə kimi Kuba lideri olub. Fidel Kastro 1926-cı ildə Kubada anadan olub. Atası İspaniyadan gələn mühacir-fəhlədir və Kubada iri şəkər plantasiyalarına sahib olub. Kastro və qardaşı Raul nikahdan kənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib.

1953-cü ilin iyulunda Kastronun başçılıq etdiyi qrup bu istiqamətdə ilk cəhd göstərib və hərbi kazarmalardan birinə hücum edib. Ancaq bu hücumun qarşısı qəddarcasına alınıb. 

1956-cı ilin dekabrında Kastronun başçılıq etdiyi bir qrup inqilabçı gizli yolla kiçik yaxtada Kubanın Oryente əyalətinə keçiblər. O, tədricən qiyamçı ordu formalaşdıraraq diktatura rejiminə qarşı partizan müharibəsinə başlayıb. Nəhayət, Kastro 1959-cu ilin 1 yanvarında öz məqsədinə çatıb. Onun başçılıq etdiyi inqilab ordusunun ətrafında cəmləşən demokratik qüvvələr Batistanı devirərək hakimiyyəti ələ alıblar. Həmin ilin fevralında Kastro Kuba inqilabı hökumətinin baş naziri olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar