Dünya ŞOKDA: ABŞ-ın hərbi bazası PARTLADILDI - Çox sayda ölü var
30.09.2019 166 0.0 0

Somalidə iki güclü partlayış törədilib.

BBC-yə istinadən xəbər verilir ki, hücumlardan birinin hədəfində ABŞ hərbi bazası olub.

Məlumata görə, ABŞ-ın Şabelle bölgəsində yerləşən Baledoql hava bazası yaxınlığında minalanmış iki nəqliyyat vasitəsi partladılıb. Ardınca ərazidə atəş səsləri eşidilib. Bazada dağıntılar olduğu deyilir.

Bir neçə dəqiqə sonra paytaxt Moqadişoda hərbi karvan hədəfə alınıb. Partlayıcı qurğu  zirehli texnikaların yaxınlığında işə salınıb.

Ölənlərin olduğu irəli sürülsə də, tələfat barədə rəsmi açıqlama yoxdur. Hücumlara görə məsuliyyəti Əl-Şəbab terror qruplaşması üzərinə götürüb./Redaktor.az/


Digər xəbərlər:
Şərhlər
avatar