Dünya məhşurları kino festivalınad hamını heyran qoydu (FOTO)
18.05.2015 1173 0.0 0

Həftəsonu start götürən Kann kino festivalı filmlərdən çox hələlik qırmızı xalı məşhurlarının geyimləri ilə müzakirə edilir. Məlumata görə, Hollivud və dünyanın ən məşhur simaları gözəllikləri ilə hamını heyran qoya biliblər. 

Ən çox diqqət çəkən isə qadın ulduzların dekolteləri olub.Kannın açılış mərasimin ən cəlbedici dekoltelərini təqdim edirik: 

Miranda Kerr
Hollivudun ən məşhur və yaraşıqlı aktyoru Orlando Blumun keçmiş həyat yoldaşı olan model planetin ən cazibədar subaylarından biri hesab edilir. O, gündəmdə necə qalacağını yaxşı bilir. 

Salma Heyk 
48 yaşlı aktrisa dekoltesi ilə gənclərə belə meydan oxuya bilər. Çoxları onun cərrah bıçağı altına uzandığını desə də, o özü həmişə bu iddianı təkzib edib. 

Sofi Marso 
Aktrisa gecənin ən qalmaqallı simalarından idi. Buna səbəb isə onun ətəyinin qalxaraq alt geyiminin görünməsi olub. Kim bilir bəlkə də bu təsadüf deyildi...

 

 

 

 

 

 

Keyt Blanşet 
Həm açıq geyinib, həm də zərifliyi necə qorumaq olar? Bunun ən gözəl nümunəsini Keyt nümayiş etdirib. 

Endi Makdauell 
Onun 57 yaşı olduğuna inanmaq çətindir. O, qırmızı xalıya siması olduğu kosmetologiya firmasının gözəllik elçisi kimi qatılıb. 

Nataşa Poli 
Rusiyalı supermodel 29 yaşında özü üçün ideal karyera qura bilib. "Vogue" jurnalı Polini 30 ən gözəl model sırasına salıb. 

 

 

 

Culiana Mur 
54 yaşlı aktrisa Culiana dərin dekoltesi ilə zərif görünüşünü qoruya bilib. 

Reyçel Vays 
Agent 007 Ceyms Bondun qızı - 45 yaşlı Vays Kann festivalına əri ilə qatılıb. 

Naomi Uotts 
O, hamını özünün açıq boz rəngli tüklü geyimi ilə heyran edə bildi. Dekoltesini isə qiyməti bir neçə milyon dollar olan briliyant "Bulgari High" zinəti ilə zənginləşdirdi. 

 

 

 

 

Lena Lenina 
Rusiyalı yazıçı yarıçılpaq geyimi, qəribə saçları ilə maraq dairəsinə düşə bilib. 

Dauttsen Krez 
"Victoria Secret"in ən gözəl mələklərindən biri olan model iki dəfə ana olsa da ideal bədən formasını qoruya bilib. Çoxlarından fərqli olaraq körpələrini ana südü ilə bəsləyən Krez sinəsinin formasının pozulacağından belə ehtiyat etmir. 30 yaşlı holland gözəl seksual dekoltesi ilə heyran edir. 

Ayda Fild 
Robbi Ulyamsın həyat yoldaşı olan Aydanın paltarı ilk görünüşdə bağlı geyim kimi düşünülə bilər. Amma onun profilə çevrilməsi kifayətdir donun gizli gözəlliyi üzə çıxır. /anspress/

 

 

 

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar