Dünya dəhşətli burulğana doğru gedir
08.02.2016 813 0.0 0

Dünya iqtisadiyyatının gələcəyinə dair təşvişlər çoxalıb. Məlumata görə, Çin və ABŞ-dan gələn xəbərlərdən sonra dünya birjalarında yaşanan kəskin düşüşlər dünya iqtisadiyyatının 2008-ci ildən sonra yeni bir tənəzzül prosesinə girəcəyi gözləntilərini çoxaldıb. 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) böyük banklarından olan “Citigroup” birləşmiş banklar ASC-nin strategiya mütəxəssisi Conatan Stabbs qlobal ölçüdə dalbadal gələn neqativ xəbərlərin iqtisadiyyatı təzyiq altında qoyduğunu bildirərək dünyanın ölümcül burulğana düşmək üzrə olduğunu vurğulayıb. 


“Citigroup” birləşmiş banklar ASC-nin strategiya mütəxəssisi Conatan Stabbs

Stabbs güclü dollar, ucuz neft, cılız qlobal ticarət, azalan likvidlik, nəğd pul sıxıntısı yaşayan ölkələr və ümumi olaraq yavaşlanan qlobal böyümənin çox təhlükəli “qarışıq” olduğunu deyib.

“Ölümcül burulğan heç kimin istəyəcəyi bir hal deyildir. Normal şərtlərdə yaranmasının qarşısı alınmalıdır.” 

ABŞ dolları 2015-ci ildə bir çox valyuta qarşısında 20%-ə qədər dəyər qazanıb. 

Eyni dövrdə neft qiymətlərində 70%-ə qədər ucuzlaşma oldu. Qlobal böyümə isə 3.4% oldu. 

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə isə, 2016-cı ildə böyümə 3.6% olacaq. Amma bu rəqəmi əldə etməyin yolu kimi, başda Rusiya və Braziliya olmaqla bir çox ölkələrin iqtisadiyyatlarının yenidən dirçəlməsi göstərilir. Bəzi göstəricilər isə bu ölkələrdə vəziyyətin bu il bir qədər ağır olacağını proqnozlaşdırır. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar