Dünya çempionunu öldürən azərbaycanlı Dövlət Dumasını AYAĞA QALDIRDI
22.08.2017 1137 0.0 0

Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində şübhəli bilinən Anar Allahverənov Rusiyada federal axtarışa verilib.

Rusiya KİV-inə istinadən xəbər verilir ki, bu haqda ölkənin İstintaq Komitəsinin saytında bildirilir.

***

Rusiya Dövlət Dumasında “Ədalətli Rusiya” fraksiyasının sədr müavini Oleq Nilov Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətli haqqında işin şəxsi nəzarətə götürülməsi xahişi ilə Rusiyanın baş prokuroru Yuri Çaykaya müraciət edib.

Bildirək ki, bu haqda TASS informasiya agentliyi məlumat yayıb.

Oleq Nilov bildirib ki, davanın iştirakçılarından biri döyüş bacarıqlarına malik idi və bu vəziyyəti qəsdən öldürmə kimi xarakterizə etmək olar. Deputat həmçinin şüursuz vəziyyətdə olan Draçyovun başına zərbələrin vurulmasına diqqət çəkib.

Xatırladaq ki, avqustun 20-də səhər Andrey Draçyov Xabarovskda kafenin qarşısında bir nəfərlə dalaşan zaman başından aldığı zərbə nəticəsində xəstəxanada ölüb. Rusiya KİV-inin yazdığına görə, A. Draçyovu öldürən şəxs Amur sakini olan 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğludur.

Andrey Draçyovun qətlində şübhəli bilinən şəxs hazırda Uzaq Şərq federal dairəsinin bütün regionlarında polis tərəfindən axtarılır. Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk üzrə idarəsinin KİV-lə əlaqələr üzrə mütəxəssisi Kiril Blinovun dünən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Uzaq Şərqin bütün nəqliyyat qovşaqlarına diqqətlə nəzarət edirlər. Qatili ağır cinayətlərin açılması üzrə ixtisaslaşan təcrübəli tədqiqatçıların komandası axtarır./Publika.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar