Dünya bazarında neft bahalaşmaqda davam edir
30.06.2016 478 0.0 0

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,48 dollar azalaraq 49,40 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,61 dollar azalaraq 50,00 dollar olub.

 

Qeyd edək ki, ABŞ-da kommersiya neft ehtiyatlarının həftə ərzində 4,1 mln. bareldən çox azalması nefti kəskin bahalaşdırıb. Bunun nəticəsi olaraq Brent markalı neftin 1 barrelinin dəyəri psixoloji hədd olan 50 dollar səviyyəsini ötüb. Lakin bunun ardından Norveçdə neftçilərin tətili dayandıracağı və Nigeriyada hasilatın artması ilə bağlı yayılan xəbərlərdən sonra neft ucuzlaşmağa başlayıb.

 

Azərbaycan nefti 2 dollardan artıq bahalaşıb.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 2,40 dollar və ya 4,94% artaraq 50,98 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar