Dünya Bankı Azərbaycana 67 mln. dollar ayırır
17.06.2016 621 0.0 0

 Dünya Bankı (DB) Azərbaycana əlavə 66,7 mln. dollar kredit ayıracaq.

 

Məlumata görə, kreditin ayrılması barədə rəsmi sənəd bu axşam təsdiqlənəcək.

 

Kredit əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və gəlir imkanlarının gücləndirilməsinə yönəlib.

DB-nin Bakı ofisinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zaur Rzayevin sözlərinə görə, sözügedən vəsait məcburi köçkünlər üçün bir sıra imkanlara yol açacaq: "Kredit çərçivəsində xüsusilə gənc məcburi köçkünlərə müəyyən sahələr üzrə təlimlər keçiriləcək. Daha sonra isə onlara öz işlərini qurmaq üçün ilkin mərhələ üçün lazım olacaq kapital ayrılacaq"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar