«Dünən dostlarımla vidalaşdım...» - Hacı Nuran xəstəliyindən yazdı
25.08.2015 734 0.0 0

Almaniyada müalicə alan teleaparıcı Hacı Nuran səhhəti ilə bağlı sosial şəbəkədə məlumat paylaşıb. 

Qazeta.info "Qafqazinfo"-ya istinadla  xəbər verir ki, məşhur aparıcı xəstəliyinin hər gün irəlilədiyini bildirib:

"Neçə gündür özümü çox pis hiss edirəm, gecə-gündüz həkimlər başımın üstündə, xəstəlik günbəgün irəliləyir, halım çox dəyişib. Müalicə etməyə və ağır kimyaterapiyalara dözməyə taqətim qalmayıb. Hələ qabaqda ağır transplantasiya var. Dünən burada dostlarımla vidalaşdım..."

Aparıcı onu ziyarət edən dostlarına xüsusi təşəkkür edib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar