DTX və XKX-ya dövlət qulluğu statusu verilir
04.10.2016 1006 0.0 0

Azərbaycanda Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinə dövlət qulluğu statusu verilir.
 
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik təklif olunur. Qanunun 2-ci (Dövlət qulluğu) maddəsindən “milli təhlükəsizlik” sözləri çıxarılır. Eyni zamanda “dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti” sözləri daxil edilir.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub, oktyabrın 14-də müzakirəyə çıxarılacaq.
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə 2015-ci dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyi ləğv edilbi, yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar