DTX, DSX və Gömrük Komitəsi birgə əməliyyat keçirib - FOTO
20.12.2016 825 0.0 0

 Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısı alınıb.
Bildirək ki, bu barədə DTX-nın İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, bu il dekabr ayının 18-də Biləsuvar gömrük idarəsinin gömrük keçid məntəqəsindən gömrük nəzarətindən gizli ümumi çəkisi 2 kiloqram 145 qram olan qızıl külçələri və digər qızıl məmulatlarını xarici ölkə vətəndaşları ilə sövdələşərək ölkədən çıxarmaqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - F.Allahverdiyev, F.Məmmədov, Ə.Rəhimov, E.Hüseynov və E.Seyidov saxlanılıblar.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir./Report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar