DSX dənizdə külli miqdarda narkotik vasitəyə bənzər maddə aşkarladı
23.11.2021 305 0.0 0

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizə və xilasetmə təd­birləri davam etdirilir.   

Qazeta.info Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına əsasən bildirir ki, noyabr ayının 20-də saat 12:05 radələrində DSX Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafi­zəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı su səthində 1 ədəd şübhəli bağlama aşkarlanmışdır. Bağlamaya baxış zamanı ümumi çəkisi 4 kq 365 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüş, faktla bağlı əməliyyat-istintaq tədbirlərinə başlanılmışdır.

Daha sonra bildirək ki, noyabr ayının 21-də axşam saatlarında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Mərkəzi Regional şöbəsinin Sahil nəzarət bölməsinə balıqçı qayığının mühərriyində yaranmış nasazlıq səbəbindən 2 nəfərin dənizdə köməksiz qalmaları barədə məlumat daxil olmuşdur.

Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticə­sində qayığın koordi­natları müəyyənləşdirilmiş, əraziyə göndərilmiş sərhəd gözətçi gəmisi tərəfindən Sumqayıt reydində sahildən təqribən 4 mil aralı dənizdə qalmış balıqçı qayığının heyəti-Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsinin sakinləri Hüseynov Fuad Əmircan oğlu və Hüseynov Ramil Əmircan oğlu xilas edilərək üzmə vasitəsi ilə birlikdə sahilə çıxarılmaları təmin olunmuşdur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar