Dövlət Kukla Teatrının qarşısında 31 yaşlı kişi bıçaqlanıb
22.12.2016 681 0.0 0

Bakıda naməlum şəxs 31 yaşlı kişini bıçaqlayıb.

Məlumata görə, hadisə bu gün səhər saatlarında Səbail rayonu, Neftçilər prospekti 36 ünvanında yerləşən Azərbaycan Dövlət Kukla Teatrının qarşısında qeydə alınıb.

Belə ki, naməlum şəxs Saatlı rayon sakini 1985-ci il təvəllüdlü Ağayev Əvəz Abbasəli oğlunun kürək nahiyəsinə 6 bıçaq zərbəsi vuraraq ərazidən qaçıb.

Ə.Ağayev 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar