Tarix: 07.12.2016,   Saat: 22:13, Çərşənbə.          

Dövlət Komitəsində dini duruma həsr olunmuş müşavirə keçirilib

 Oktyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib.
 
DQİDK-nın mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlər barədə ətraflı məlumat verərək, maarifləndirmə məqsədi ilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruriliyini qeyd edib.
 
Komitə sədri bildirib ki, dini radikalizmin yayılmasına qarşı Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri öz bəhrəsini verməkdədir. Davamlı olaraq respublikanın bütün şəhər və rayonlarında milli-mənəvi və dini dəyərlərimizin, həmçinin, Azərbaycanın tolerantlıq və multikultural ənənələrinin təbliği və təşviqi üçün çox böyük işlər görülür.
 
Müşavirədə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
 
Qeyd olunub ki, Məhərrəm ayının başlaması ilə əlaqədar olaraq Aşura günü təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımız və qazilərimiz də anılmalı, bütün mərasim və tədbirlər qanun çərçivəsində təşkil edilməlidir.
 
Müşavirədə bölgə şöbə müdirlərinin hesabatları dinlənilib, dini icmaların maarifləndirmə işlərinin davam etdirilməsi məqsədilə layihələrə  cəlb edilməsi məsələləri müzakirə olunub./apa/



  Bölmə: Din | Baxış sayı: 174 | Tarix: 01.10.2016, 15:08


Xəbərlər