Dövlət bu avtomobilləri ucuz qiymətə satışa çıxarıb- SİYAHI
13.03.2018 1148 0.0 0

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunub.

 

Qazeta.info Əmlak Məsələləri Dövlət Komitəsinə istinadla bu dəfə 10 aprel 2018-ci il tarixlərdə hərraca çıxarılan nəqliyyat vasitələri haqda məlumatları diqqətinizə çatdırır.

 

10 aprel 2018-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı

 

Balanssaxlayıcı müəssisənin adı

Avtonəqliyyat vasitəsinin markası

Buraxılış ili

Start qiyməti

(manatla)

 10% beh

(manatla)

1.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsi

BMW 730

2006

21000

2100

2.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsi

Chevrolet Epica

2008

8100

810

3.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsi

Chevrolet Epica

2007

7800

780

4.

Azərbaycan Respublikasının Energetika Nazirliyi

Hyundai Sonata

2008

8500

850

5.

Azərbaycan Respublikasının Energetika Nazirliyi

Hyundai Sonata

2007

7500

750

6.

Azərbaycan Respublikasının Energetika Nazirliyi

Ford Mondeo

2006

4500

450

7.

Azərbaycan Respublikasının Energetika Nazirliyi

Ford Fokus

2007

4000

400

8.

Azərbaycan Respublikasının Energetika Nazirliyi

QAZ-3110-101

2003

1300

130

9.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Şabran rayon Statistika İdarəsi

VAZ-21041

2008

1600

160

10.

Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

Mercedes Benz Daimler

1987

1500

150

Qeyd: 10- cü sətirdə  Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitəsinin 13.02.2018-ci il tarixində keçirilmiş hərracının nəticəsi ləğv olduğu üçün təkrar olaraq hərraca çıxarılır

 

Qazeta.info əlavə olaraq qeyd edir ki, hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Əlaqə üçün tel:566-07-44


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar