Dövlət bu avtomobilləri ucuz qiymətə satışa çıxardı- (SİYAHI)
11.03.2016 1934 0.0 0

Qazeta.info Əmlak Məsələləri  Dövlət Komitəsinin saytına istinadla bildirir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunub. Qazeta.info bu dəfə   29 mart və 05 aprel 2016-ci il tarixlərdə hərraca çıxarılan nəqliyyat vasitələri  haqda məlumatları diqqətinizə çatdırır.

 
 
 
 

 

Qazeta.info bildirir ki, avtomobillərin hərracı  Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Zeynal Xəlil küçəsi 11a ) həyata keçirilir.


Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır: 
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;
2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 
Xatırladaq ki, Əmlak Məsələləri  Dövlət Komitəsi tərəfindən müəyyən olunmuş  10% məbləğində beh Mərkəzi Bankda – müvafiq nömrəli hesaba köçürülməlidir.

Məlumat üçün qeyd edək ki, hərraclarda iştirak etmək istəyənlər lazımı və dəqiq məlumat almaq  üçün yuxarıda göstərilən ünvana müraciət etməlidirlər.Əlavə olaraq bildirək ki, ətraflı məlumatı siz Əmlak Məsələləri  Dövlət Komitəsinin saytından da əldə edə bilərsiniz.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar