Dövlət başçısı: Azərbaycanın ixracı 40 faizdən çox artıb
23.06.2017 903 0.0 0

"Azərbaycan bu il gözəl iqtisadi inkişaf templəri nümayiş etdirir, beş ayın yekunları çox müsbətdir. Qeyri-neft sektorumuz 2 faizdən çox, qeyri-neft sənayemiz 4 faizə yaxın, ixrac 40 faizdən çox artıb".

 

Məlumata görə, bunu prezident İlham Əliyev Şirvan şəhərində revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodunun açılışı mərasimindəki çıxışında deyib.

 

Dövlər başçısı gələn il göstəricilərin daha da müsbət olacağına əminliyini ifadə edib.

 

"Biz öz fəaliyyətimizi düşünülmüş siyasət əsasında qurmuşuq. Bizim daxili və xarici siyasətimiz, iqtisadi və sosial sahələrlə bağlı təşəbbüslərimiz həm beynəlxalq aləmdə, həm də xalq tərəfindən bəyənilir və dəstəklənir. Ölkəmizdə mövcud olan əmin-amanlığın, sabitliyin əsas səbəbi də məhz bundadır.

 

Bu gün Silahlı Qüvvələr Günü ərəfəsində biz Silahlı Qüvvələrimizin inkişafı ilə bağlı önəmli hadisəni qeyd edirik. Bu gün açılan iki sənaye müəssisəsi bizim hərbi gücümüzü daha da artıracaq və Azərbaycan quruculuq, inkişaf yolu ilə uğurla gedəcək", - deyə prezident bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar