Dövlət başçısı: Azərbaycan ordusu dünyada güclü ordular sırasındadır
17.10.2016 709 0.0 0

 “Azərbaycanda ordu quruculuğu sahəsində ciddi addımlar atılır. Azərbaycan ordusu dünyada güclü ordular sırasındadır”.
  
APA-nın məlumatına görə, bu sözləri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, aprel hadisələri bir daha bunu təsdiq edib.
 
Azərbaycanın dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfəsindən danışan dövlət başçısı bu istiqamətdə bir çox ölkələrə nümunə göstərildiyini vurğulayıb: “Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edir və bu, bir sərvət kimi qorunur. Azərbaycan müstəqil siyasət aparır və xalq bu siyasəti dəstəkləyir. Ötən ay keçirilən referendum bunu bir daha sübut etdi. 25 il böyük bir tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik və uğurla yaşaya bilərik. Gözəlləşən şəhərlər, abadlaşan bölgələr və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhəri bunun əyani sübutudur. Biz gələcəkdə də bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəliyə gedəcəyik. Müstəqilliyimiz dönməz, əbədidir. Müstəqilliyimizin möhkəmlənməsində bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıram. Yaşasın müstəqil Azərbaycan Respublikası!”


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar