Dövlət başçıları qapalı görüş keçirdi
07.02.2015 835 0.0 0

Almaniya Baş naziri Angela Merkel və Fransa prezidenti Fransua Oland, Ukraynadakı böhranı müzakirə etmək üçün Kiyevdə keçirdikləri görüşlərdən sonra Moskvaya gəliblər.

Verilən məlumata görə iki lider, Rusiya Dövlət Başçısı Vladimir Putin ilə danışıqlara başlayıb. Rusiya, Almaniya və Fransa liderlərinin Ukraynada ordu və separatçıların arasındakı qarşıdurmaların həlli yollarını tapmaq məqsədiylə yüksək səviyəli danışqlara başlayıblar.

 Kremlin mətbuat katibi Dmitriy Peskov danışıqların dövlətin digər nümayəndələrinin iştirakı olmadan prezidentlər arasında "təkbə-tək" başladığı məlumatı yayıb. Üçlü görüş öncəsi Moskvada tərəflər arasında texniki heyətlər səviyyəsində ön hazırlıq iclası keçirilib. Kremlindəki görüşdə, Merkel və Oland Ukraynanın şərqindəki böhrana həll yolları tapmaq məqsədiylə Minsk razılaşmasının həyata keçirilməsi üçün hazırladıqları ortaq təklifləri Putin ilə müzakirə edəcəklərini bildirib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar