Dörd rayonun 13 kəndi təbii qazla təmin olunub
26.11.2015 456 0.0 0

Zaqatala, Cəlilabad, Şəmkir və Tərtər rayonlarının daha 13 kəndinə təbii qaz verilmişdir
Qazeta.info SOCAR-a istinadla bildirir ki, noyabrın 26-da Zaqatala, Şəmkir, Tərtər və Cəlilabad rayonlarının daha 13 kəndinə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Zaqatala rayonunda keçirilmiş tədbirdə bildirilmişdir ki, 276 abonentlik Aşağı Çardaxlar kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 17239 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır. 

Noyabrın 26-sı cəlilabadlılar üçün də əlamətdar olmuş, rayonun 7 kəndinə ilk dəfə təbii qaz verilmişdir. Vurğulanmışdır ki, 963 abonenti olan Şiləvəngə, Babalı, Abazallı, Şabanlı, Qasımbəyli, Təklə və Abışabad kəndlərinin qazlaşdırılması zamanı 100 kilometrə yaxın müxtəlif diametrli qaz xətləri çəkilmiş, abonentlər sayğac və fərdi tənzimləyicilərlə təchiz olunmuşdur. 

Həmin gün Şəmkir rayonunun Dağ Cəyir kəndi ilk dəfə qazlaşdırılmış, Bayramlı kəndinə təbii qazın verilişi isə bərpa edilmişdir. Bununla əlaqədar keçirilmiş tədbirlərdə qeyd olunmuşdur ki, ümumilikdə 831 abonenti olan kəndlərin qazlaşdırılması zamanı 85 kilometrdən artıq polietilen və metal boru xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar