Donbasda atəşkəs haqqında razılıq əldə edilib
27.08.2015 508 0.0 0

Ukrayna üzrə üçtərəfli (Ukrayna-Rusiya-ATƏT) təmas qrupunun növbəti iclasında sentyabrın 1-dən Donbasda atəşkəs rejiminin elan edilməsi haqqında razılığa gəlinib.

BBC-yə istinadən verilən məlumata görə, bu barədə ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik bildirib.
 
Onun sözlərinə görə, iclasda tərəflər təmas xəttində yeni dərs ilinin ilk həftəsində davamlı atəşkəsin təmin edilməsi və cəbhə boyu yerləşən təhsil müəssisələrinə dair məlumat mübadiləsi aparmaq qərarına gəliblər.
 
“Bununla bağlı tərəflər müvafiq məlumatları ATƏT-ə verməlidirlər”, deyə M.Saydik bildirib.
 
ATƏT sentyabrın 1-dən etibarən əldə olunan razılaşmanın yerinə yetirilməsinə nəzarət edəcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar