Tarix: 04.12.2016,   Saat: 10:03, Bazar.          

Donald Trampın keçmiş xanımı səfir olmaq istəyir

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp səfir olmaq istəyir.

Məlumata görə, o, bunu “New York Post" qəzetinə açıqlamasında deyib.

İvana Tramp ABŞ-ın Çexiyada səfiri olmaq istədiyini söyləyib: “Mən çexiyalıyam. Dilini də bilirəm. Hamı məni tanıyır. Təkcə ABŞ-da deyil, bütün dünyada tanınram. Üç kitab yazmışam. Onlar 40 ölkədə 25 dilə tərcümə edilib. 2017-ci il yanvarın 20-dək Donald Trampa yardım edəcəyəm. Üç övladım -  İvanka, Donald Erik və kürəkənim Jared Kuşner onun müvəqqəti komandasındadır. Qızımız İvanka Tramp Ağ evdə rəsmi vəzifə tutmayacaq. O, atasının şirkəti ilə bağlı işlərlə məşğul olacaq”./report/

 



  Bölmə: Dünya | Baxış sayı: 417 | Tarix: 16.11.2016, 17:49


Xəbərlər