Donald Tramp NATO-nu köhnəlmiş təşkilat adlandırıb
16.01.2017 773 0.0 0

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp NATO-nu köhnəlmiş təşkilat adlandırıb.
 
APA-nın xəbərinə görə, D.Tramp bu barədə Almaniyanın “Bild” və Böyük Britaniyanın “Times” qəzetlərinə verdiyi müsahibədə deyib.
 
“Dəfələrlə demişəm, NATO-da problemlər mövcuddur. NATO köhnəlmiş təşkilatdır. Eyni zamanda Alyansa üzv olan ölkələrin əksəriyyəti hərbi xərclərini artırmayaraq bütün yükü Amerikanın üzərinə qoyur”, deyə D.Tramp bildirib.
 
O, həmçinin Rusiya və ABŞ arasında nüvə silahlarının azaldılması üzrə yeni müqavilənin imzalanmasının tərəfdarı olduğunu, bunun müqabilində Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasının mümkünlüyünü vurğulayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar