Donald Tramp Çinin iqtisadi siyasətini tənqid edib
05.12.2016 788 0.0 0

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çinin iqtisadi siyasətini və Cənubi Çin dənizindəki hərəkətlərini tənqid edib.


Qazeta.info "Report"-a istinadla xəbər verir ki, o, bu barədə özünün "Facebook"dakı səhifəsində yazıb.
"Məgər Çin onların valyutasını qiymətdən salmağın normal olduğunu (bizim şirkətlərimizə rəqabət aparmaq çətin olsun deyə ), onların ölkəsinə ixrac edilən mallarımıza yüksək vergi qoymağı və ya Cənubi Çin dənizinin mərkəzində böyük hərbi kompleksi tikməyi bizdən soruşub? Mən belə düşünmürəm" - deyə Tramp yazıb.
Qeyd edək ki, bu, ABŞ-ın yeni prezidentinin qarşı tərəfə cavabı kimi də qbul edilir. Daha əvvəl Çinin Xarici İşlər Nazirliyi Trampın Tayvan prezidenti ilə danışığına görə ABŞ-a etirazını ifadə edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar