Donald Tramp: `Rusiya ilə heç bir əlaqəm yoxdur!`
11.01.2017 588 0.0 0

ABŞ-ın yeni  seçilmiş prezidenti Donald Tramp Rusiya kəşfiyyatının əlində onun barəsində kompromatlar olduğu barədə yayılan xəbərlərə münasibət bildirib.
 
Məlumata görə, D. Tramp bəyan edib ki, Rusiya heç vaxt ona təzyiq göstərməyə çalışmayıb. O, özünün “Twitter” səhifəsində iri hərflərlə bunları yazıb: “Mənim Rusiya ilə ən kiçik münasibətim belə yoxdur – heç bir sövdələşmə, heç bir kredit, heç nə!”    
 
D. Tramp bundan əvvəlki “tvit”ində isə seçkidə təmiz qələbə qazandığını və opponentlərin yalan xəbərlərlə onun qələbəsinə kölgə salmağa çalışdıqlarını deyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar