Dolların sabaha olan məzənnəsi açıqlanıb
17.11.2016 1675 0.0 0

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 18-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,31% möhkəmlənərək 1,7091 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün dolların rəsmi məzənnəsi 1,7039 manat olub.

 

Onu da əlavə edək ki, bu gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7039 məzənnəsi ilə başlayıb və 1,7089 məzənnəsi ilə yekunlaşıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar