Dolların qalxacağı haqda xəbərlər haradan yayılır?
03.04.2015 703 0.0 0

Artıq bir neçə müddətdir ki , dolların qalxacağı haqda şayələr daha da artmağa başlayıb.İnsanları çaşqınlığa salmamaq üçün bu məsələni mətbuatda hallandırılmasına o dərəcədə ehtiyyac duyulmasa  da əhali arasında bu istiqamətdə yayılan xəbərlər genişlənir.

Bəs sadə vətəndaşlar bu məlumatları hardan toplayır və gəzən şayələr necədir?

İlk olaraq bildirək ki, ölkədə belə belə bir şayə dolaşmaqdadır ki, guya "Dolların hazırkı qiymətdə yəni 1.05 manat məbləğindəcivarında qalması  müvəqqətidir və ölkədə Bakı 2015 Avropa oyunları bitdikdən sonra dollar 2 manata qədər qalaxa bilər".

Bu günlərdə əldə etdiyimiz məlumtla əlaqədar apardığımız araşdırma, Belə xəbərlərin yayılmasında istinad mənbəyi hesab oluna bilər.

Belə ki , bu günlərdə saytımıza Bakı şəhər Xətai rayonu "Əhmədli" metro stansiyasının üzərində yerləşən "El" lombardda müştərilərə dünyanın heç bir yerində rastlaşmadığımız müqavilə forması tətbiq etməyə başladığı haqda məlumat əldə etdik.Məlumatı verən mənbə bizə bildirdi ki, adı çəkilən lombarddan bir necə ay öncə hələ dolların qiymətində artım olmadığı vaxt girov qoyaraq pul götürülüb.

Mənbənin bildirdiyinə görə, bir neçə gün öncə həmin lombard yetkililəri ona zəng edərək öz ofislərinə çağırarmış əvvəl bağladıqları müqaviləni ləğv edib yeni şərtlərlə müqavilə bağlanmasını tələb ediblər.

Bildirək ki, məlumata görə, əvvələr pulun manatla  verilməsinə baxmayaraq yeni  müqavilə ilə dünyanın heç bir yerində rast gəlmədiyimiz  həm dollar və həm də manatla ikibaşlı sənədləşmə aparılır.

Müqaviləni bağlamaqdan imtina etdikdə isə aprel ayının sonuna kimi lombardan götürülmüş pulun tam olaraq geri ödənilməsi tələb olunur. 

Mənbənin bizə verdiyi bilgiyə görə "El" lombard əməkdaşları bunu dolların kursunu gələcəkdə qalxacağı ilə izah etdiyi bildirilir.

Məlumatı əldə etdikdən sonra, qeyd edilən ünvana yollanıb lombard əməkdaşına ordan pul götürmək üçün hansı sənədlərin tələb olunduğunu və müqavilə şərtləri ilə tanış olmaq istədiyimizi bildirdik.Həqiqtən də orada olan əməkdaşlardan biri bizə bildirdi ki, pul manatla veriləcək lakin müqavilə həm dollar və hə manatla bağlanır. Ölkədə dolların kursunda dəyişiklik olduğu halda isə borcumuzu dolların kursuna görə  ödəniləcəyi bildirildi.

Qarşılaşdığımız halın bu sektorda  miqyasını dəqiqləşdirmək üçün daha 2 Lombard məntəqəsinə müştəri kimi müraciət etdik. Binəqədi rayon Rəsulzadə qəsəbəsində   "Para bank"- filanda xidmət edən lombarda yaxınlaşb 1000 manat pul götürmək istədiyimizi bildirdik.İkibaşlı müqavilə ilə rastlaşmasaq da bank əməkdaşı bizə müqavilənin dollarla bağlandığını bildirdi.

Getdiyimiz sonuncu Lombard "28 may" metro stansiyasının yaxınlığında Azadlıq prospektinin başlanğıcında (Lombard Azadlıq prospektində 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir və hər hansı bir xüsusi adı yox idi) yerləşən lombarda da eyni formada müraciət edib müqavilə  şərtləri ilə maraqlandıq.Nə qədər qızıl tələb olunduğu və müqavilənin hası valyuta ilə bağlandığını maraqlandıq.Yalnız sonuncu ünvanda lombard əməkdaşlarından biri bizə gətiurəcəyimiz qızıl həcmini bildirməklə yanaşı ümumiyyətlə bu sektorda xarici valyuta ilə müqavilə bağlamağın qanunla qadağan olunduğunu bildirərək,  müqavilənin manatla həyata keçiriləcəyini söylədilər.

Qazeta.info olaraq hesab edirik ki, məhz belə halların müşahidə olunması əhali arasında müxtəlif formalı şayələrin yaranmasına  səbəb ola bilər

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar