Tarix: 10.12.2016,   Saat: 10:50, Şənbə.          

Dollardan növbəti rekord- Son məzənnə

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 4-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.


AMB-dən APA-ya verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,64% artaraq 1,6596 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,6490 manata bərabər olub.

 

Bununla da dolların manata qarşı məzənnəsi bu il növbəti dəfə illik maksimumu yeniləyib. Noyabr ayının 2-də dolların məzənnəsi martın 11-də (1 dollar 1,6456 manat olub) qeydə alınan maksimumu yeniləyərək 1,6490 manat səviyyəsində qərarlaşıb. Noyabrın 3-də AMB dolların məzənnəsini sabit saxlayıb.

 

Bu gün AMB-də keçirilən və Azərbaycan Respublikası Dövlət Neft Fondunun da iştirak etdiyi ikitərəfli valyuta hərracı 1 dollar üçün 1,6490 məzənnəsi ilə başlayıb və 1,6580 məzənnəsi ilə yekunlaşıb.



  Bölmə: İqtisadi | Baxış sayı: 1937 | Tarix: 03.11.2016, 17:37


Xəbərlər