Dollar yeni müharibəyə hazırlaşır
17.01.2016 950 0.0 0

Yaxın zamanlarda “qlobal valyuta müharibəsi” başlaya bilər. 

Məlumata görə, bu barədə “Bloomberg” agentliyi məlumat verib. Agentliyin məlumatına görə, iena və avro daha da möhkəmlənərsə, Avropa və Yaponiya mərkəzi bankları monetar stimullaşdırma siyasətlərini fəallaşdıra bilərlər. 

Agentilik qeyd edir ki, son ayda iena dollarla müqayisədə üçüncü dəfə önəmli səviyyədə möhkəmlənib. Avronun məzənnəsi isə valyutaların əksəriyyəti ilə müqayisədə artıb. Xec-fondlar ienanın məzənnəsinin artımına qoyuluşları son üç il üzrə ən yüksək səviyyəyə qaldırıblar. Avro ilə də vəziyyət eynidir. 

 


Yapon valyutası ucuzlaşa bilər

 

Hazırda vəziyyət onu göstərir ki, ABŞ iqtisadiyyatının artımı ilə dünyanın digər ölkələri arasında fərq azalmağa başlayır. Bu, onu göstərir ki, Amerika iqtisadiyyatı Çindəki iqtisadi zəifləmənin və başqa ölkələrdəki qeyri-bərabər iqtisadi bərpanın təsirlərindən uzaq dura bilmirlər. Bu amillər dollara təsir göstərir, bu da öz valyutalarının zəif məzənnəsinə çalışan Avropa və Yaponiya mərkəzi banklarının planlarını pozur. 

"State Street Global Markets" sərmayə şirkətinin makroiqtisadi strategiya bölməsinin başçısı Li Ferricanın fikrincə, əgər iena möhkəmlənərək 1 dollar qarşılığında 115 ienaya qədər yüksələrsə, onda monetar stimullaşdırma siyasəti işə düşər. Hazırda 1 dollar 116,98 ienaya bərabərdir. Li Ferrica avro üçün bu möhkəmlənmə həddinin 1,15 dollar olduğunu bildirir, hazırda avro 1,0916 dollara bərabərdir. 

"Valyuta müharibəsi hələ də yaşayır və tüğyan edir. Əgər dollar düşməyə başlayarsa, Avropa və Yaponiya mərkəzi bankları oyuna qayıdacaq",- deyə Ferrica vurğulayır. 

 


Xaruxiko Kuroda - Yaponiya mərkəzi bankının sədri 


Agentlik Yaponiya mərkəzi bankının sədri Xaruxiko Kurodanın sözlərini də dərc edib. O, cümə günü bildirib ki, lazım olarsa, monetar siyasəti dəyişməyə hazırdır. Avropa Mərkəzi Bankı öz siyasəti barədə müzakirələri yanvarın 21-ə planlaşdırır. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar