Dollar sürətlə ucuzlaşır
29.07.2016 3017 0.0 0

 ABŞ dolları avroya nisbətdə sürətlə ucuzlaşmağa başlayıb.

 

Qazeta.in "APA-Economics"-in məlumatına əsasən xəbər verir ki, buna II rübdə ABŞ iqtisadiyyatının proqnozlaşdırılandan daha az artması səbəb olub. ABŞ-ın Ticarət Nazirliyinin bu gün açıqladığı statistikaya əsasən, II rübdə ÜDM illik müqayisədə 1,2% artıb. "Bloomberg" agentliyinin sorğu keçirdiyi ekspertlər isə bu rəqəmin 2,5% olacağını proqnozlaşdırıb.

 

Yenidən baxılan göstəricilərə əsasən, ABŞ iqtisadiyyatı 1,1% deyil, 0,8% artıb. Bu isə 2 illik minimum göstəricidir.

 

Bu statistika açıqlandıqdan sonra avro 1,1058 dollardan 1,1152 dollaradək bahalaşıb.

 

Bununla yanaşı, dollar Yaponiya yeninə qarşı 105,4 səviyyəsindən 102,88-dək enib.

 

Yenin bahalaşmasına həmçinin Yaponiya Bankının monetar siyasətin bir qədər yumşaltması barədə qəbul etdiyi qərar olub. Bununla Mərkəzi Bank iqtisadi artımı və inflyasiyanın 2%-lik səviyyəyə çıxmasını dəstəkləmək niyyətindədir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar