Diplomatik qalmaqal - Britaniya səfirinə qapını göstərdilər
09.07.2019 534 0.0 0

"Mən səfiri tanımıram, ölkəmdə də onu sevmirlər"

ABŞ Prezidenti Donald Tramp yeni diplomatik qalmaqala imza atıb.

Qazeta.info Sputnik Azərbaycan -a istinadən xəbər verir ki, Tramp sosial şəbəkə hesabında daha Böyük Britaniya səfiri Kim Derrok ilə heç bir müzakirə aparmayacağını bildirib.


 

 

"Mən səfiri tanımıram, amma ABŞ-da onu sevmirlər və haqqında da yaxşı fikirdə deyillər. Biz daha onunla heç bir iş aparmayacağıq", - Tramp yazıb.

Tramp həmçinin Böyük Britaniyanın keçmiş Baş naziri Tereza Meyi də Brexit-i (Avropa Birliyindən çıxmağı) təşkil etdiyinə görə tənqid edib. Amerika lideri bildirib ki, Mey ilə tərəfdarları "aranı qarışdırıblar". 

"Gözəl Birləşmiş Krallıq üçün yaxşı xəbərlər var: tezliklə onların yeni baş naziri olacaq", - Tramp kinayə edib. 

İyulun 7-də məlum olub ki, Böyük Britaniyanın ABŞ-dakı səfiri Kim Derrok Donald Trampı səriştəsiz, küsəyən hesab edir və güman edir ki, prezident öz səlahiyyət müddətini biabırçılıqla başa vura bilər. Ehtiyatsız diplomat bu fikirlərini nazirlikdəki həmkarları ilə məxfi yazışmalarında qeyd edib. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar