«Dilqəmlə Şahbaz Ermənistan ordusuna elə zərbə vurdu ki...»
27.01.2017 4151 0.0 0

“Ötən ilin sonunda sərhəddə baş verən təxribat zamanı həlak olmuş Azərbaycan əsgəri Çingiz Qurbanovun nəşini qaytarmamaqla Ermənistan tərəfi növbəti dəfə öz çirkinliyini nümayiş etdirir”.
 
Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
 
”Məsələ ölkə başçısının nəzarətindədir. Şübhəmiz yoxdur ki, əsgərimizin nəşi qaytarılacaq”, - deyə o bildirib.
 
Baş nazirin müavini 2014-cü ildə Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə də toxunub: "Bütün dünya növbəti dəfə Ermənistan tərəfinin qanunsuz əməllərinə şahidlik edir. Beynəlxalq təşkilatların, dövlətlərin bununla bağlı sərt reaksiyası var. Öz ata-analarının qəbrini ziyarət etməyə gedən insanlara terrorçu adı qoyuldu. Dilqəmlə Şahbaz Ermənistan ordusuna güclü zərbə vurdu. Ermənistan ordusu hələ də bu zərbənin altındadır, müxalifət hələ də bundan danışır"


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar