Dilqəmin məktubu çatdı
28.04.2015 764 0.0 0

Azərbaycanlı girov Dilqəm Əsgərovun Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə göndərdiyi məktub artıq ailəyə çatdırılıb.

Bunu  açıqlamasında Dilqəm Əsgərovun qardaşı Sahib Musayev deyib. Onun sözlərinə görə, Dilqəm məktubunda sağ-salamat, hər şeyin yaxşı olduğunu, heç nəyə ehtiyacının olmadığını yazıb.

Qeyd edək ki, sonuncu dəfə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri girovlara aprelin 21-də baş çəkib.

Xatırladaq ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov ötən ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Onlar Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna yaxınlarının məzarlarını ziyarət etmək üçün keçmişdilər. Ermənilər Həsən Həsənov qətlə yetiriblər, digərlərinin üzərində isə ötən ilin son aylarında qondarma məhkəmə qurulub. Dilqəm Əsgərov oyuncaq məhkəmənin qərarı ilə ömürlük, Şahbaz Quliyev isə 25 il azadlıqdan məhrum edilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar