Dilavər Əzimli: «Bunların səmimiyyətinə heç bir zaman inanmaq olmaz»
26.09.2015 559 0.0 0

Bu gün beynəlxalq aləmdə baş verənlər bizi ciddi düşünməyə vadar edir. ABŞ və Avropa Ərəb dünyasında uduzmaqdadırlar. Bunu son dövrün hadisələri sübut edir. Ərəb dünyasında baş verənlər ciddi narahatlıq doğrur. Avropaya mühacirət günü-gündən artmaqdadır. Tarix sanki təkrar olunur. Qoca tarix hamıya dərs verir. Lakin təəssüf ki, insanların gözünü nəfs qapatmaqdadır. İri dövlətlər maraq uğrunda döyüşürlər. Onların heç biri insanlığı və insanların yaratdığı kültürü düşünmür. Bunun nəticəsi idi ki, XX əsrdə Əfqanıstanda dünyanın ən mədəni mərkəzlərindən sayılan ərazidə nəhəng Budda heykəlləri partladıldı. Bunun nəticəsidir ki, XX əsrin sonlarında bəşər sivilizasiyasının atası sayılan İraq sivilizasiyası dünyanın ən iri dövləti sayılan ABŞ-ın tank və təyyarələrinin atəşi nəticəsində məhv edildi. Dövlətlərin rəhbərləri və orada yaşayan insanlar susdular. XXI əsrdə isə Ərəb dünyası məhv olmaq üzrədir. Bir dövləti-İsraili önə çıxarmaq naminə bütün Ərəb dünyasını qana boyadılar. "İŞİD" kimi terroristləri silahlandırıb ortaya atdılar.

İndi də onları məhv etmək üçün əl-ayağa düşüblər. Çünki nəzarətdən çıxıbdır. Bir zamanlar deyirdilər ki, növbəti dünya müharibəsi ya İraqdan, ya da Ərəb dünyasından başlayacaqdır. Bu gün Ərəb dünyasında ABŞ projesi iflasa uğrayıbdır. Bunu onların siyasətçiləri də etiraf edirlər. Bu anı gözləyən Rusiya orada aktivləşməkdədir. Bu mənada Rusiyanın Cənubi Qafqazda da aktivləşməsi başa düşüləndir. Rusiya üçün Qafqaz həyati məsələdir. Burada da Rusiya ABŞ maraqları ilə üz-üzə gəlibdir. Bu günlərdə Rusiyanın Azərbaycanın xeyrinə çıxış etməsi də buna xidmət edir. Bizdə çoxları o dəqiqə Rusiyanın bizim xeyrimizə dəyişdiyini söyləyir. Bu nə dərəcədə inandırıcıdır? Görün kimlər bizə qahmar çıxır: Vladimir Jirinovski, hansı ki, bizi qoyuna bənzədirdi.Ramazan Abdulatipov, hansı ki, Dağıstanda anti-türk sərt mövqeyi ilə seçilir. Birdə İlyas Umaxanov. Bunların səmimiyyətinə heç bir zaman inanmaq olmaz.

Ümumilikdə Rusiyanın səmimiyyətinə o zaman inanarıq ki, erməni dığalarına "Azərbaycan ərazilərini boşalt" desin. İanın ki, dığalar o dəqiqə qaçacaqdır. Rusiyanın səmimiyyətinə o zaman inanarıq ki, öz parlamentində qəbul etdiyi "erməni soyqırımı"ndan imtina etsin. Rusiyanın səmimiyyətinə o zaman iananrıq ki, Azərbaycanın işğala məruz qaldığını parlamentdə qəbul etsin. Bunlar olmayan yerdə hamısı dünyada gedən proseslərə uyğundur. Rusiya yaranan vəziyyətdən istifadə etmək istəyir. Yəni, Azərbaycanın Avropa və ABŞ-la münasibətlərinin soyuqlaşdığı bir zamanda. Teleefirimizdən bağıran bəzi "politoloqlar" da ağızlarını yumsalar yaxşıdır. Hesab edirəm ki, Azərbaycan bu çətinlikdən yalnız islahatlar yolu ilə çıxmalıdır. Bunun ilk addımı demokratik seçkilər ola bilərdi. Amma təəssüf ki, buna şərait yaradılmadı. Azğınlaşmış oliqarxalar buna getmək əvəzinə, situasiyanı daha da dərinləşdirirlər. Dünya isə sürətlə labirintə doğru irəliləyir. Bütün dünya gücləri bilməlidir ki, dünyanı idarə edən var. İdarə edənin səbri isə deyəsən tükənibdir!


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar