DİN Zaqatalada xüsusi əməliyyat keçirir, saxlanılanlar var - SİYAHI
03.05.2016 619 0.0 0

Daxili İşlər Nazirliyi Zaqatalada xüsusi əməliyyat keçirir.
 
Məlumata görə, keçirilən əməliyyat bir neçə gün əvvəl sahə müvəkkili, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyevin iş otağında baş verən partlayışla bağlıdır. Xəbərə görə, artıq bir neçə nəfər saxlanılıb.
 
Saxlanılanlar arasında vəhhabi təriqətinin üzvü olduğu ehtimal edilən şəxslər də var. 

Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı Zaqatalada tutulan şəxslərin adları da məlum olub.
 
Bildirilir ki, saxlanılan şəxslər rayon sakinləri - Vaqif Padarov, İslam Ağalarov, Vüqar və Əbdürrəhman adlı şəxslərdir.
 
Polis onların yaşadıqları evdə axtarış aparıb, bir neçəsinin evindən silah-sursat götürülüb./apa/

 
 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar