DİN toqquşan 3 sərnişin avtobusu haqda məlumat yayıb
07.04.2015 811 0.0 0

Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki,  Aprelin 6-da saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Zakir Mirzəyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus və Gürcüstan vətəndaşı Polad Quliyevin idarə etdiyi “Daewoo” markalı 194 saylı xətt avtobusu toqquşmuşdur. Bununla əlaqədar Z.Mirzəyev və P.Quliyev düşüb mübahisə edərkən Salyan rayon sakini Cahid Babayev idarə etdiyi “Daewoo” markalı 211 saylı xətt avtobusu ilə hər iki sürücünü və onların idarə etdikləri avtomobilləri vurmuşdur. Nəticədə P.Quliyev xəstəxanaya aparılarkən yolda ölmüş, Z.Mirzəyev və 6 sərnişini xəstəxanaya yerləşdirilmişdir. 
Qaradağ RPİ tərəfindən araşdırma aparılır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar