DİN hüquqşünas axtarır
17.12.2021 261 0.0 0

Daxili İşlər Nazirliyi hüquqşünasların polis orqanlarında xidmətə qəbulu ilə əlaqədar müsabiqə elan edib.
Qazeta.info DİN-dən verilən məlumata istinadla bildirir ki, respublikanın şəhər, rayon polis orqanlarında (Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) xidmətə qəbulla əlaqədar müsabiqə keçirilir.
Vakant olan vəzifələrin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası üzrə təhsil almış, yaşı 28-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər http://www.mia.gov.az ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına göndərməlidirlər. 
Müsabiqədə iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi; 
- ali təhsil haqqında diplom;
- hərbi bilet;
- əmək kitabçası (olanlar üçün); 
Əlavə məlumat almaq üçün əlaqə telefonları:  
(012) 590-93-51; (012)-590-97-42; (012) 590-92-37;
(012) 590-92-21; (012) 590-93-64; (012) 590-95-23.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar